16 C
Baku
Wednesday, May 8, 2024

AZAL Bakıdan Avropanın 8 şəhərinə bilet qiymətlərinə endirim etdi

“Azərbaycan Hava Yolları” Bakıdan Avropanın səkkiz şəhərinə və əks istiqamətdə xüsusi təklif təqdim edir.

“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətinini yaydığı məlumatda bildirilir ki, aviaşirkətin qeyd edilən istiqamətləri – Praqa, Paris, London, Vyana, Berlin, Barselona, Cenevrə və Milan üzrə aviabiletlərdə güzəştli qiymətlərdən yararlanmaq mümkündür. Təklif 17-26 oktyabr 2023-cü il tarixlərində əldə edilmiş biletlərə və 2024-cü ilin 15 yanvar – 11 mart tarixləri arasında yerinə yetirilən uçuşlara şamil edilir.

Aviabiletlərin dəyərinə hava limanı rüsumları daxildir:

– Bakı-Vyana-Bakı, Bakı-Praqa-Bakı, Bakı-Berlin-Bakı, Bakı-Cenevrə-Bakı biletləri 299 avrodan başlayır;

– Bakı-Paris-Bakı, Bakı-London-Bakı, Bakı-Barselona-Bakı, Bakı-Milan-Bakı biletlərini 399 avrodan başlayan qiymətlərlə əldə edə bilərsiniz.

Güzəştli aviabiletləri aviaşirkətin saytından, həmçinin “Azərbaycan Hava Yolları”nın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə edə bilərsiniz.

Son xəbərlər
 ⁠
Digər xəbərlər