“Azərbaycan Hava Yolları” aviaşirkətinin Bakıdan Moskvaya planlaşdırılan “Boeing-767” təyyarəsinin (J2-181 reysi) uçuşu texniki səbəblərə görə gecikir.
Bu barədə Banker.az-a AZAL-dan bildirilir.
Sözügedən reysin sərnişinləri Moskvaya başqa təyyarə ilə yola düşəcəklər.
⠀
Zərurət olduqda, gecikmiş reysin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq ehtiyac duyduqları hər şeylə təmin olunacaqlar.