7 C
Baku
Thursday, December 12, 2024

AZAL-ın vitse-prezidenti: Yeni “Airbus”lar 2028-ci ildən istismara veriləcək

Azərbaycan milli aviadaşıyıcısı (AZAL) tərəfindən sifariş olunan yeni “Airbus” istehsalı təyyarələr 2028-ci ildən başlayaraq istismara veriləcək.

Bu barədə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) birinci vitse-prezidenti Samir Rzayev jurnalistlərə bildirib.

Onun sözlərinə görə, 2028-2030-cu illər ərzində hər il 4 təyyarə istismara veriləcək.Samir Rzayev onu da əlavə edib ki, yeni təyyarələr həm effektivliyi, həm də yanacaq qənaəti baxımından çox böyük göstəricilərə malikdir: “Bu, gələcəkdə AZAL -ın bir şirkət kimi effektliyinin təmin edilməsinə xidmət edəcək. Həmçinin, biletlərin qiymətinin cəlbediciliyi, əhaliüçün əlçatanlığını təmin ediləcək”.

Qeyd edək ki, Azərbaycan milli aviadaşıyıcısı (AZAL) A320neo və A321neo laynerləri daxil olmaqla A320neo ailəsinə aid 12 “Airbus” təyyarəsi üçün sifariş verib. Müqavilənin imzalanma mərasimi aprelin 6-da Bakıda baş tutub.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər