21 C
Baku
Monday, April 29, 2024

AZAL maydan Qroznıya müntəzəm reyslərə başlayır

Azərbaycanın milli aviadaşıyıcısı AZAL  mayın 8-dən etibarən Bakıdan Rusiyanın daha bir şəhərinə — Qroznıya müntəzəm reyslər yerinə yetirməyə başlayacaq.

Banker.az xəbər verir ki, Bakıdan Qroznı şəhərinə və əks istiqamətdə uçuşlar həftədə iki dəfə — çərşənbə və bazar günləri həyata keçiriləcək.

Qroznı zəngin mədəni irsi ilə səyahətçiləri cəlb edir. Yeni marşrutun açılması sərnişinlərə yeni səyahət və işgüzar səfər imkanları təqdim edərək iki şəhər arasındakı əlaqələri gücləndirəcəkdir.

Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin yenilənmiş mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.

 

 

 

 

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər