9 C
Baku
Thursday, December 12, 2024

AZAL Naxçıvana uçuşlar üçün Ermənistana ödəniş edib

Azərbaycanın milli aviadaşıyıcısı olan “Azərbaycan Hava Yolları” aviaşirkəti (AZAL) Ermənistana aeronaviqasiya xidmətlərinə görə təxminən 32 min avro ödəyib.

Bu barədə “Sputnik Armenia” Ermənistanın Mülki Aviasiya Komitəsinə istinadən xəbər verilir.

İranlı nazir Zəngəzur dəhlizində inşa olunan avtomobil tunellərinə baxış keçiribAzərbaycanda qaz istehlakı artıb, itkilər azalıbAzərbaycanda internetə çıxışı olmayan yaşayış məntəqələrinin sayı açıqlanıb

Qeyd olunur ki, ötən ilin oktyabrın 6-dan AZAL Bakıdan Naxçıvana sərnişin reyslərinin həyata keçirilməsi üçün Ermənistanın hava məkanından istifadə etməyə başlayıb.

“Bildiririk ki, 2021-ci il oktyabrın 6-dan dekabrın 31-dək “Armaeronaviqasiya” tərəfindən AZAL-a aeronaviqasiya xidmətlərinin göstərilməsi üçün şirkət EUROCONTROL beynəlxalq təşkilatının mərkəzi marşrut haqları üzrə ofisi vasitəsi ilə 31 901,77 avro ödəyib”, – məlumatda deyilir.

 

 

MənbəApa.az
Son xəbərlər
Digər xəbərlər