26 C
Baku
Saturday, July 27, 2024

AZAL qiymətləri kəskin azaltdı: Bakı-İstanbul – 90 manat

Turizm şirkətlərindən  daxil olan məlumata görə, prezidentin Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda AZAL-da qiymətlərin bahalılığı ilə bağlı tənqidlərindən sonra şirkət qiymətləri aşağı salıb.

Belə ki, Azərbaycanda yerləşən turizm şirkətlərinə AZAL-dan bununla bağlı müvafiq məktub göndərilib. Məktubda Bakı-İstanbul reysinin avabiletlərinin qiyməti 90 manat olması ilə bağlı göstəriş yer alıb.

Qərarın nə vaxt qüvvəyə minəcəyi isə hələki dəqiq deyil.

Xatırladaq ki, Prezident İlham Əliyevin hökumətin iyulun 13-dəki iclasında deyib ki, Azərbaycanda turizm sektorunun inkişafını əngəlləyən üç əsas səbəb var: bahalı aviabiletlər, viza prosedurlarının mürəkkəbliyi və bölgələrdə otellərin qiymətlərinin həddən artıq baha olması.

Prezident deyib ki, Azərbaycana gələn qonaqlar ölkəmizi tərifləyir, buradakı inkişafdan məmunluğunu bildirir. Lakin şikayətlənirlər ki, gəlmək çox çətindir. Çünki gərək haradasa bir ay əvvəl viza almaq üçün müraciət edəsən. Təyyarə biletlərinin qiymətinin bahalığı isə digər ciddi səbəbdir.

İlham Əliyev AZAL-ın fəaliyyətini tənqid edərək deyib ki, doğrudur, şirkətin göstərdiyi xidmətlər yüksək səviyyədədir və bunu AZAL-ın reysləri ilə uçanlar təsdiq edir.

“Lakin biletlər niyə baha olmalıdır? Biz ki yanacağı xaricdən almırıq, özümüz istehsal edirik. Kerosin başqa ölkələrlə müqayisədə nisbətən ucuz verilir. AZAL dövlət büdcəsindən hər il böyük həcmdə subsidiyalar alır. Bütün təyyarələr dövlət vəsaiti hesabına alınıb, bütün aeroportlar, infrastruktur dövlət vəsaitləri ilə tikilib. O zaman biletlər niyə baha olmalıdır?” – deyə prezident sual edib.

İlham Əliyev bu problemin aradan qaldırılması üçün göstəriş verib.

AzNews.az

Son xəbərlər
Digər xəbərlər