13 C
Baku
Friday, April 19, 2024

AZAL-ın təyyarəsi məcburi eniş edib

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) bu gün saat 08:59-da havaya qalxan, J2-075 Bakı (GYD) – İstanbul (IST) reysini yerin yetirən hava gəmisinin komandiri texniki səbəbdən Heydər Əliyev Beynəlxalq Aeroportuna geri dönməyə qərar verib. Bu barədə AZAL məlumat yayıb.

Təyyarə Bakı hava limanında yerli vaxtla saat 09:33-də uğurlu eniş edib. Reysin sərnişinləri digər bir təyyarə ilə İstranbula yola salınacaqlar.

Reysin statusu yeniləndikcə əlavə məlumat veriləcək.

AZAL yaranmış narahatlığa görə üzr istəyib.

Son xəbərlər
Digər xəbərlər