Bakıda badam bağları salan iri şirkətin rəhbəri dəyişib.
Banker.az-ın məlumatına görə, “Azbadam” MMC-yə təyin olunan yeni rəhbər Rövşən Cəfərov Eldar oğludur.
Buna qədər vəzifədə Tofik Gamidov idi.
Qeyd edək ki, şirkət 2016-cı ildə yaradılıb. “Azbadam” şirkəti tərəfindən “Qala və Bilgəh Badam Bağları” layihəsinə 2017-ci ilin fevral ayında start verilmişdir. Bakının Qala və Bilgəh qəsəbələrində müvafiq olaraq 268 ha və 212 ha ərazidə intensiv badam bağları salıb. 300 000-dən çox əkilmiş badam tingləri Quarra, Avijor, Belona və Soleta sortlarıdır. Şirkətin nizamnamə kapitalı 25 700 005 manatdır.