Ekspert Rövşən Ağayevin bildirdiyinə görə, banklar arasında təmərküzləşmə – aktivlərin konsentrasiyası kifayət qədər yüksəlmişdir.
Onun sözlərinə görə “Bankların əhəmiyyətli hissəsi 2016-cı il üzrə maliyyə göstəricilərini açıqlayıblar. Həmin hesabatlar üzrə təhlillərin nəticəsi göstərir ki, bank sektoru üzrə təmərküzləşmə səviyyəsi həddən artıq yüksəkdir.