7 C
Baku
Thursday, December 12, 2024

Azərbaycan iqtisadiyyatındakı resessiya sıfıra yaxınlaşdı – rəsmi

2021-ci ilin yanvar-aprel aylarında ölkədə 25 078.6 milyon manatlıq (25.08 mlrd manat) və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0.2 faiz az (resessiya) ümumi daxili məhsul istehsal olub.

Bu barədə Banker.az-a Dövlət Statistika komitəsindən məlumat verilib.

Bildirək ki, yanvar-mart ayında ÜDM həcminin resessiya həcmi 1.3% təşkil edirdi.

İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 8.4 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 4.1 faiz artmışdır.

ÜDM istehsalının 41.1 faizi sənaye, 10 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 5.7 faizi tikinti, 3.4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1.9 faizi informasiya və rabitə, 0.9 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 19.1 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 10.3 faizini təşkil etmişdir.

Əhalinin hər nəfərinə düşən ÜDM 2 506.2 manata bərabər olmuşdur.

Son xəbərlər
Digər xəbərlər