10 C
Baku
Friday, December 13, 2024

Azərbaycanda iki dövlət müəssisəsinin kapitalı kəskin artırıldı

Azərbaycan Sənaye Korporasiyasının Şəkidə fəaliyyət göstərən südçülük-maldarlıq və ipək istehsalı ilə məşğul olan törəmə şirkətlərin nizamnamə kapitalı kəskin artırılıb.

Banker.az-ın əldə etdiyi məlumata görə, “ASK Agro” MMC-yə əlavə 642 493 manat kapital yatırılıb ki, bu da 642 dəfə artım deməkdir. Bununla da törəmə şirkətin nizamnamə kapitalı 100 manatdan 642.59  min manata çatdırılıb.

Digər kapitalı artırılan isə “Azəripək” MMC-dir. Şirkətin nizamnamə kapitalı 8 milyon 119.58 min manatdan 11  milyon 849.58 manata qaldırılıb. Bu da 3 milyon 730 min manat yaxud 46% artım deməkdir.

“ASK Agro” MMC 2018-ci ildə yaradılıb.  Şəki rayonunun Orta Zəyzid kəndində  fəaliyyət göstərir. Südçülük-maldarlıq üzrə  damazlıq təsərrüfatı rayonda cins maldarlığın inkişafında mühüm yer tutur. Müasir tipli bu heyvandarlıq kompleksində hazırda “Holştin-friz” (Hollandiya) cinsindən olan 1400 baş iribuynuzlu heyvan saxlanılır.  Heyvandarlıq kompleksinə böyük fermalar, sağım sexi, laboratoriya və yardımçı tiklilər daxildir.

Sağım sexində quraşdırılan avadanlığın köməyi ilə bir dəfəyə 32 baş inəyin südünün ətraf mühitlə təması olmadan sağılması, toplanması, soyudulması və saxlanılması təmin olunur. Kompleksdə saatda 10 ton südün pasterize edib istehsal edilməsi üçün pendir zavodu, hər biri 500 ton tutumu olan ot saxlamaq üçün 3 ədəd talvar, silos və senaj basdırmaq üçün 6000 ton tutumu olan anbar  mövcuddur.

“Azəripək” MMC 2018-ci ildə yaradılmışdır. Cəmiyyətin tərkibində olan istehsal sahələrinə baramadan xam ipəyi açan istehsalat, toxucu istehsalatı, boyaq-bəzək istehsalatı, pambıq əyirici istehsalat, burucu sex daxildir. Qeyri-istehsal sahələri isə idarə binası, mexanika, energetika, avtonəqliyyat və xammal sahələrindən ibarətdir.

 

Son xəbərlər
Digər xəbərlər