22 C
Baku
Friday, April 19, 2024

İşçilərinə ortalama ən çox əməkhaqqı ayıran banklar – SİYAHI

2019-cu il ərzində Azərbaycanda işçi heyətinin hər birinə ortalama xərc çəkən banklar araşdırlıb. İşçi heyətinə çəkilən xərc dedikdə, burada, işçilərin əməkhaqları və onlara görə DSMF-ə ödədikləri vəsaitlərlə birgə hesablanır.

Banker.az tərəfindən aparılan hesablamalara görə, 2018-ci ildəki hesablamada olduğu kimi bu dəfə də “PAŞA Bank” bir ay üzrə işçisinin hər birinə 4 494 manat xərc çəkməklə ilk pillədə olub.

Sonrakı sıralama isə “Yapı Kredi Bank Azərbaycan” 3 374 manatla, cəmi dörd filiala sahib olan “Bank VTB (Azərbaycan)” 2 901 manatla? “Xalq Bank” 2 869 manatla və 2 633 manatla “Ziraat Bank Azərbaycan” ilk beşliyi tamamlayıb.

Göründüyü kimi, ilk beşlikdə qərarlaşan ən yüksək ortalama əməkhaqqı ayıran banklardan ikisi 100% xarici kapitallıdır. İlk onluqda isə xarici kapitallı bankların 4-ü də (“AccessBank” və “Ziraat Bank Azərbaycan”) yeri almaqdadır.

Sonuncu pillədə isə Naxçıvan  Muxtar Respublikasında fəaliyyət göstərən “Naxçıvanbank”dır. Bu bank hər bir işçiyə 1 095 manat əməkhaqqı və DSMF çəkməli olub.

Cədvəl 12 iyun 2020-ci il tarixdə yenilənib: AFB Bank siyahıya sonradan əlavə edilib.eh 67 1

 

Son xəbərlər
Digər xəbərlər