Azərbaycanda şirkətlərin (hüquqi şəxslərin) dövlət büdcəsinə ödədiyi mənfəət vergisi üzrə ödənişlərinin həcmi 2021-c-i ilin birinci rübündə 2.3% artıb.
Banker.az xəbər verir ki, ilin yanvar-mart ayları ərzində 761.12 milyon manat təşkil edib. Bu isə öncəki ilin eyni dövrü ilə müqayisədə 17.08 milyon, yaxud 2.30% artım dinamikasıdır.
Beləliklə, hesabat dövründə 5 736.95 milyon manat cəmi gəlirin 13.3%-i deməkdir. Məsələn, bu göstərici 2020-ci ilin yanvar-mart aylarında 9.5% idi.
Xatırladaq ki, 2021-ci ilin birinci rübü ərzində Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin həcmi öncəki illə müqayisədə 2 095.42 milyon, yaxud, 26.75% azalıb. Azalmaya əsas səbəb ƏDV-nin illik mənfi dinamikasıdır.