15 C
Baku
Friday, March 29, 2024

“Azərbaycanda təcrübəyə, Macarıstanda potensiala üstünlük verirlər”- Azərbaycanlı Bank işçisi ilə müsahibə

Müsahibimiz Gülnur Mehdizadə Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə fakültəsini (2013-2017) bitirib. 2017-2019-cu illər ərzində isə Szeged Universitetinin “İqtisadiyyat” fakültəsi üzrə master dərəcəsi alıb. Yayda 2 ay bank sistemində təcrübə proqramı keçib. 2016-ci ildə sentyabr-dekabr aylarında  “EdWays Education & Consulting” şirkətində maliyyə işçisi kimi çalışaraq şirkətin maliyyə vəziyyətini təhlil etməyi, büdcə hesabatlarını hazırlamağı öyrənir.
 
2017-ci ildə 7 ay müddətində “IB Club” da əməliyyat meneceri kimi çalışaraq yeni strategiyalar yaratmaqla şirkətdə uğurlar əldə etmişdir. Həmçinin “AzərTürk” Bankda təcrübə yığaraq bank əməliyyat sistemi, bank etikası, müştəri xidmətləri ilə tanış olur.
 
Hal-hazırda isə “Morgan Stanley” də maliyyə analitiki kimi işləyir.Onu da qeyd edək ki, müsahibimiz Gülnur xanım Azərbaycan Gənclər Fondunun Qrant müsabiqəsinin qalibi olub.
 
Banker.az sizə Gülnur Mehdizadə ilə olan müsahibəmizi təqdim edir:
 

– Elə insanlar var ki, tez-tez iş dəyişməyə meyillidirlər. Elələri də var ki, 15-20 il eyni işdə çalışır. Bəs siz hansını effektli hesab edirsiz?

Bu insanın xarakterindən də asılı olan bir məsələdir. Bəzi insanlar tez-tez yenilik axtarmağı sevirlər,bəziləri üçünsə sabitlik daha xoşdur. Mənim hal-hazırki düşüncəmə görə bir işi yaxşı öyrənməmiş başqa bir işə keçmək də, eyni işdə 15-20 il çalışmaq da effektiv deyil. Müxtəlif sahələrdə yetərli bilik sahibi olana qədər işləyib özünü daima daima inkişaf etdirmək mənə görə ən efektiv üsuldur.

IMG 20190128 234732


– Sizə görə, karyerada uğurlu olmağın sirri nədir?

 
Hələ ki karyeramın başlanğıcındayam , ona görə də bu suala cavab verməyə təcrübəm kifayət edərmi, bilmirəm. Ümumi olaraq götürsək uğur qazanmağın sirrini məsuliyyətlərimizə ciddi yanaşmaqda, səbrli olmaqda və özünə inanmaqda görürəm.

IMG 1284


– Azərbaycan və Macarıstan iş mühitini müqayisə edərkən nə kimi fərqlər görürsüz?

 
Çox fərqlər görürəm. Əsas fərq isə bundadır ki, Macarıstanda şirkətlər potensial gördükləri namizədlərə investisiya qoyub onları özləri üçün təcrübəli kadr kimi yetişdirirlər. Azərbaycanda isə təcrübəsi olmayan məzunları güclü şirkətlərin işə götürməsi çətin məsələdir. Məsələn, mən güman edirəm ki, Morgan Stanley Azərbaycanda da fəaliyyət göstərsəydi namizədlər üçün heç olmasa ACCA sertifikatları tələbi qoyulardı, Macarıstanda isə bu sertifikatları karyerasında artım əldə etmək istəyən bir neçə illik iş təcrübəsi olan kadrlar alırlar. Bunun əsas səbəbi də odur ki, Azərbaycandakı iş yerləri daha azdır və eyni vakansiyaya qəbul olmaq istəyənlərin sayı daha çoxdur. Belə olan halda hətta universitet tələbələrinin ACCA,CFA tipli sertifikatlara yiyələnməsinə təəccüblənməmək lazımdır.

IMG 0072


– Sizi işinizdə müvəfəqiyyətli olmaq üçün nə motivasiya edir?

 
Azərbaycana qayıtdıqda istədiyim iş mühitində işləmək üçün lazımlı olan bilik və təcrübəni toplamaq məni bugünkü işimdə motivasiya edir.


– Bank sektorunda çalışmağınız sizin sonrakı iş fəaliyyətinizə nə kimi üstünlükləri oldu?


CV-də baş vurduğum vakansiya üçün üstünlük kimi nəzərə alındı. İş şəraitində də korporativ qaydalara adaptasiya olmaq çətin olmadı.


– Maliyyə sektorunu özünüz seçdiniz, yoxsa işlər özü bu cür gətirdi?


Maliyyə sektorunu özüm istəyərək seçmişəm, universitet zamanı da savadlı müəllimlərimin sayəsində bu sahəyə marağım artıb.


– İş həyatında uğur qazanmaq üçün “bu xüsusiyyət mütləq olmalıdır” dediyiniz nüans varmı?


Yəqin ki,ilk ağla gələn cavab çox çalışmaqdır. Mən bundan əlavə deyərdim ki, hərşeylə maraqlanmaq, sorğulamaq, hadisələri kor təbii qəbul etməmiş araşdırmaq çox yaxşı bir xüsusiyyətdir, hansı ki təkcə iş həyatında deyil, həyatın bir çox sahəsində uğurlu olmağa kömək edir.
Son xəbərlər
Digər xəbərlər