8 C
Baku
Thursday, December 12, 2024

“Azercell” əcnəbi şirkətin Azərbaycandakı filialını və daha bir neçə şirkəti məhkəməyə verib

“Azercell Telecom” MMC bu dəfə “Mets İzolyasyon Doğal Gaz ve
Mühendislik İnşaat İsıtma Soğutma Sanayi ve Ticaret Limited” Şitkərinin Azərbaycan Respublikasındaki Filialını məhkəməyə verib.

Banker.az xəbər verir ki, “Azercell” 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinə müraciət edərək, 36 manat 21 qəpik abunə və xidmət haqqı, 20 manat dövlət rüsumu, cəmi 56,21 manat vəsaitin ödənməsini xahiş edib.

Bundan əlavə olaraq, “Azercell”, “AB-Tour” MMC, “Caucasus World Travel” MMC, “Spectr-H” MMC və “Comərd Servis” MMC adlı şirkətləri iqtisadi-inzaibati məhkəmələrə verib.

Bildirək ki, bu mobil operator artıq may ayı ərzində bir neçə belə “pul tələbi” iddiası olub. Bununla bağlı ötən xəbərlərimizdə bildirmişdik.

Son xəbərlər
Digər xəbərlər