Azərbaycanda 3 mobil opratordan biri olan “Azercell Telekom” MMC Belarus, Qırğızıstan, Qazaxıstan, Rusiya, Ukrayna, Tacikistan və Özbəksitana səyahət edən abunəçilərinə internet tarifini qaldırıb. Yeni tarif mayın 1-dən etibarən başlayacaq.
Banker.az-ın əldə etdiyi xəbərinə görə, mobil operator bu günə qədər 1 meqabayt(MB) üçün qeyd edilən ölkələrdə 3,5 manat ödəməli olacaq.
“Azercell” hazırda yuxarıda qeyd edilən ölkələrə səfər edənlər üçün hər MB-na 2,2 manat tarif tətbiq edir. Bu da 1,6 dəfə bahalaşma deməkdir.