21 noyabr 2022-ci il tarixdən etibarən “Azercell Telekom” MMC-nin fakturalı xətt sistemində korporativ abunəçilərə təqdim edilən “Region 1” tarif paketinin adı dəyişdirilərək “Biznesim Region” adlandırılacaq.
Banker.az xəbər verir ki, bu barədə şirkətin korporativ abunəçilərə müraciətində bildirilir.
Həmin tarixdən etibarən tarif paketindən daha əlverişli istifadə şərtləri təqdim ediləcək.