19 C
Baku
Sunday, May 5, 2024

“Azercell” bu xidməti də ləğv edir

15.12.2022-ci il tarixdən etibarən “Azercell Telekom” MMC-nin fakturasız (SimSim) və fakturalı xətt sisteminə aid nömrələr üçün nəzərdə tutulmuş “Bookmate” xidməti ləğv ediləcək.

Banker.az xəbər verir ki, bu barədə “Azercell”in abunəçilərinə müraciətində bildirilir.

Göstərilənlərə əsasən xidmətin ləğv ediləcəyi tarix nəzərə alınmaqla onun müvafiq növbəti aylıq, həftəlik və günlük yenilənmələrinə məhdudiyyət qoyulacaq.

Qeyd edək ki, Bookmate – mobil telefon üzərindən abunə olmaqla, elektron kitaboxuma xidmətidir. Milyonlarla insana daha çox kitab oxumaq, yeni kitabları kəşf etmək və maraqlarına uyğun dost tapmağa kömək edir. Bookmate plus (günlük abunə) 0.23₼, aylıq abunə 3.99₼ təşkil edirdi.

Son xəbərlər
 ⁠
Digər xəbərlər