5 C
Baku
Friday, February 23, 2024

Azercell “buraxılmış zəng”ə görə 20 qəpik tutacaq

“Azercell Telekom” MMC-nin “Buraxılmış zəng” xidməti, “Azercellim” tarif paketi və “İnternet” paketlərinə aid elanda qeyd olunanlar 19.02.2024-cü il tarixdən etibarən tətbiq ediləcək.

Banker.az elanda qeyd olunanları təqdim edir:

  1. “Azercell Telekom” MMC-nin fakturasız (SimSim) və fakturalı xətt sisteminin abunəçilərinin istifadəsi üçün nəzərdə tutulmuş “Buraxılmış zəng” xidmətinə ƏDV daxil 0,20 AZN aylıq abunə haqqı tətbiq ediləcək. “Buraxılmış zəng” və “Xəbər ver” xidmətləri vasitəsilə telefon söndürüldükdə və ya əhatə dairəsi xaricində olduqda, gələn bütün buraxılmış zənglərin kim tərəfindən və nə vaxt edildiyi haqqında məlumat almaqla yanaşı, abunəçilər, həmçinin qarşı tərəfin şəbəkəyə qayıtdığı barədə avtomatik SMS bildiriş alacaqlar. Xidmətdən imtina etmək üçün STOP yazıb 6080-ə göndərmək və ya telefonda *608*0#YES yığmaq lazımdır. “Buraxılmış zəng” xidməti ləğv edildikdə, müstəqil çalışmadığı üçün “Xəbər ver” xidməti də ləğv ediləcək.
  2. Fakturasız (SimSim) xətt sisteminə aid nömrələr üçün nəzərdə tutulan “Azercellim” tarif paketində daha əlverişli istifadə şərtləri təqdim edilməyə başlanır. Belə ki, “Azercellim” tarif paketi çərçivəsində şəbəkəxarici və şəbəkədaxili zənglər əvəzinə, ölkədaxili zənglər təqdim edilməklə daha rahat və əlverişli istifadə imkanı yaradılır. Bu da abunəçilərə həm bütün istiqamətlərdə daha rahat danışmaq, həm də nömrənin balansını daha rahat nəzarətdə saxlamaq imkanı verəcək. “Azercellim” tarif paketi ölkə daxili zəngin 1 (bir) dəqiqəsi üçün 0,06 AZN tətbiq ediləcək.
  3. İnternet Paketlərdən daha rahat istifadə imkanı yaradılması, İnternet Paketin həcmi bitdikdən sonra əlavə paket əldə edilməsi zərurətinin azaldılması məqsədi ilə, “Azercell Telekom” MMC fakturasız (SimSim) və fakturalı xətt sisteminə aid abunəçilərə daha həcmli aylıq və günlük internet paketləri təqdim edir:
Aylıq İnternet Paketlərin yeni adı və həcmi Qiyməti (ƏDV daxil, AZN)
500 MB 4
1,5 GB 6
6 GB 12
12 GB 19
30 GB 29
55 GB 39
Günlük İnternet Paketlərin yeni adı, həcmi və qiyməti

(ƏDV daxil, AZN)

      250 MB (yenilənən) 0,80
     1000 MB (yenilənən) 1,50

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Son xəbərlər
Digər xəbərlər