8 C
Baku
Wednesday, October 30, 2024

“Azercell” gələn aydan bu xidmətini ləğv edir

30.06.2023-cü il tarixdən etibarən “Okko” xidmətləri ləğv ediləcək.

Banker.az xəbər verir ki, bu barədə “Azercell”in abunəçilərinə müraciətində bildirilib.

Belə ki, xidmətin ləğv ediləcəyi tarix nəzərə alınmaqla müvafiq olaraq xidmətin növbəti aylıq, həftəlik və günlük yenilənmələrinə məhdudiyyət qoyulacaq.

Qeyd edək ki, Okko vasitəsilə 90.000-dən çox bədii və cizgi filmlərini, eləcə də serialları heç bir reklam fasiləsi olmadan Full HD 4K və 8K keyfiyyətində izləmək mümkündür. Həmçinin, xidmət smart funksiyası olan televizorların əksəriyyətində də mövcuddur.

Okko-ya üç növ – gündəlik, həftəlik və aylıq abunə təklif edilir. Gündəlik abunənin xidmət haqqı 0.35 AZN, həftəlik abunə 1.5 AZN, aylıq abunə isə cəmi 4.99 AZN təşkil edirdi.

Son xəbərlər
Digər xəbərlər