13 C
Baku
Friday, April 26, 2024

Azercell-in “texniki nasazlığı”, abunəçilərin “cibgir” iddiası

Son günlərdə mobil operatorlardan biri olan “Azercell Telekom” MMC şirkətinin Facebook səhifəsində paylaşımı bir çox istifadəçisi və səhifə izləyicilərinin kəskin tənqidi və iradlarına tuş gəlib.

Belə ki, mobil operator bildirir ki, “Paycell” xidməti çərçivəsində baş vermiş texniki nasazlıqdan sui istifadə edən bəzi nömrələrin balansına yanlış vəsaitlərin əlavə edilməsi halları qeydə alınıb. 

Bu səbəbdən də, “Azercell”in məlumatında “yanlış yükləmələr edilən nömrələrə balansdan çıxılma haqda məlumat təqdim edilərək səhvən yüklənən vəsaitlər müvafiq nömrələrin balansından silinmişdir” – deyə qeyd olunur.

Abunəçilər isə bunun qanunazidd olaraq “Azercell”in onların “cibinə girir” kimi tənqidləri ilə tənqid olunub və bildirilir ki, bu texniki nasazlığa görə mobil operator özü məsuliyyət daşımalıdır.

Banker.az-a bununla bağlı daxil olan çoxsaylı şikayətləri nəzərə alaraq, həmin paylaşımdan olan şərhləri sizinlə bölüşəcəyik:

Ümid adlı Facebook istifadəçisi şərhində yazır ki, “heç olmasa balansımı sıfırlayardınız. Mənfi niyə edirsiniz…..

Əzim adlı istifadəçi “Azercell”i paylaşımdakı şərhini silməsinə görə günahlandırır. O, Gürcüstandakı “kasıb” adlandırdığı mobil operatorun 1 lariyə 1 aylıq bütün mobil şəbəkələrlə 100 danışıq dəqiqəsi, 100 meqabayt internet tarifi və 100 SMS bonus verildiyini bildirir. “Qiymətiniz də, xidmətiniz də bərbaddır. Bakıya gələn kimi digər mobil operatoru seçəcəm”, – deyə şərh edir.

İman adlı Facebook istifadəçisi isə “Azercell”in internet sürətinin 4G olmasına rəğmən 64KB/Saniyə olduğunu irad kimi qeyd edir.

Bildirək ki, bu öncələr internetə qoşulmaq üçün istifadə olunan “Dial-up” sürəti civarındadır.

Digər paylaşıma tənqid kimi şərh olunan və ən çox bəyənilən istifadəçi isə buna görə mobil operatora qarşı məhkəmə iddiasının qaldırılmasını məqbul sayır:

 

Digər şərhlər isə bunlardır:

 

Bildirək ki, yüzlərlə belə şikayətlər daxil olub. Bunların hamısını bura daxil etmə imkanımız azdır.

“Azercell” son olaraq paylaşımında gələcəkdə bu kimi halların qarşısını almaq üçün lazımi tədbirlər görməklə yanaşı abunəçilərə hər hansı bir xidmətin istifadə şərtlərinə diqqət yetirməyi tövsiyyə edib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər