9 C
Baku
Thursday, December 12, 2024

“Azercell”in təsisçisinin maliyyə vəziyyəti məlum oldu

“AzInTelecom” MMC 2021-ci ili 213.649 milyon manat xalis mənfəətlə başa vurub. 2020-ci ildə şirkətin mənəəti 71.210 milyon manat olub ki, bu da illik müqayisədə 3 dəfə artım deməkdir.

Banker.az bu barədə “AzInTelecom”un maliyyə hesabatına istinadən xəbər verir.

2021-ci ildə “AzInTelecom”un gəlirləri 509.62 milyon manat, xidmətlərin dəyəri 266.15 milyon manat, maliyyə gəlirləri 2.942 milyon manat, ümumi və inzibati xərcləri 109.112 milyon manat, digər xərcləri 1.47 milyon manat təşkil edib.

Ötən il “AzInTelecom”un aktivləri 5% artaraq 1 326.897 milyon manat, öhdəlikləri 16% azalaraq 392.244 milyon manat, kapitalı isə 17% artaraq 934.653 milyon manat olub.

 

 

Son xəbərlər
Digər xəbərlər