“AzerGold” QSC-nin “Daşkəsən rayonu, Çovdar Filiz Emalı Sahəsində 4-cü topa qələviləşdirmə sahəsinin tikinti-quraşdırma işləri üçün məsləhət xidmətlərinin satın alınması” ilə bağlı elan etdiyi tenderin nəticəsi açıqlanıb.
Banker.az xəbər verir ki, tenderin qalibi “Creat Company” MMC-dir.
“AzerGold” QSC qalib şirkətə 283 200 manat ödəyəcək.
Qeyd edək ki, “Creat Company” MMC 2019-cu ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 10 manatdır və qanuni təmsilçisi Elnur Məmmədov Cəmaləddin oğludur.