8 C
Baku
Thursday, December 12, 2024

“AzerGold” keçən il 27 mln. dollar xalis mənfəət əldə edib

Dövlət şirkəti “AzerGold” QSC 2023-cü ili də iri xalis mənfəətlə tamamladı.

Banker.az bu barədə dövlət şirkətinin konsolidə edilmiş illik audit hesabatına istinadən xəbər verir.

Dövlət şirkəti 2023-cü ildə 27.23 milyon dollar (~46.29 manat) xalis mənfəət əldə edib. 2022-ci ildə isə bu göstərici 30.21 mln. dollar idi.

Xalis mənfəətindəki azalma şirkətin ümumi, inzibati və maya dəyərinin öncəki illə müqayisədə bir qədər yüksək olmasıdır.

“AzerGold”un gəlirləri hesabat müddəti ərzində 135.35 mln. dollar olmaqla 2022-ci ildəki nəticədən 9.5 faiz çoxdur. Satışların maya dəyəri öncəki illə müqayisədə 42.6 faiz artımla 93.15 mln. dollara çatıb.

Dövlət şirkəti keçən il əldə etdiyi mənfəətindən 7.21 mln. dollar vergi ödəyib.

Beləliklə, 1 yanvar 2024-cü il tarixinə “AzerGold”un kapital balansında 147.11 mln. dollar bölüşdürülməmiş mənfəət olub.

55435

Son xəbərlər
Digər xəbərlər