“AzerGold” Qapalı Səhmdar Cəmiyyət ilə “Star Mining” MMC arasında müqavilə bağlanıb.
Banker.az xəbər verir ki, müqavilədə Çovdar Filiz Emalı Sahəsində sulfid fazası üzrə üstaçma, mədənçıxarma, daşınma və Ağyoxuş, Mərəh, Çovdar sahəsinin oksidli süxurlarının xırdalanması işlərinin satın alınması nəzərdə tutulur.
Müqavilənin ümumi məbləği isə 78 milyon 328 min 116 manatdır.
Bildirək ki, “Star Mining” MMC şirkəti 2017-ci ildəndağ-mədən işləri, dağ və buruq qazmalarının aparılması fəaliyyəti ilə məşğuldur. Şirkətin nizamnamə kapitalı 50 000 manatdır və qanuni təmsilçisi Tural İsgəndərovdur.