“AzerGold” QSC “Datum” MMC ilə 2 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə Naxçıvan Muxtar Respublikasının şimal-şərq hissəsində və Kəpəz-Buzluq-Kürəkçay sahəsində satellit/peyk üsulu ilə məsafədən hiperspektral tədqiqatlarının aparılmasına dair xidmətlərin satın alınması nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 1 867 947.08 AZN-dir.
Qeyd edək ki, “Datum” MMC 2008-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 110 manatdır və qanuni təmsilçisi Camal İsmayılovdur.