6 C
Baku
Sunday, December 15, 2024

AzerGold “Daşkəsən Dəmir Filiz”ə yeni səhmdar cəlb edir – 330 min manatlıq məsləhət alacaq

“AzerGold” QSC “OMNİ” QSC ilə müqavilə bağlayıb.

“AzerGold”dan Banker.az-ın sorğusuna bildirilib ki, müqavilədə törəmə müəssisəsi olan “Daşkəsən Dəmir Filiz”ə səhmdarın cəlb edilməsi ilə bağlı hüquqi və kommersiya dəstəyinə dair məsləhət xidmətlərinin satın alınması nəzərdə tutulur.

Müqavilənin dəyəri isə 330 400 manatdır.

Qeyd edək ki, “OMNİ” QSC 2003-cü ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 2 min manatdır və qanuni təmsilçisi Roman Alloyarovdur.

Xatırladaq ki, “Daşkəsən Dəmir Filiz ” MMC “AzerGold” QSC-nin törəmə müəssisəsidir. “Daşkəsən Dəmir Filiz” 2020-ci ilin dekabr ayında ölkə ərazisində dəmir filizi yataqları üzrə fəaliyyətin təşkil edilməsi məqsədilə yaradılıb. Məqsəd səhmdar cəmiyyətinin irimiqyaslı layihələrindən biri olan “Daşkəsən” dəmir filizi sahəsinin yenidən istismara verilməsi ilə ölkə iqtisadiyyatı, o cümlədən bölgənin inkişafına əlavə töhfə verməkdir.

Son xəbərlər
Digər xəbərlər