“AzerGold” QSC-nin törəmə şirkəti olan “Daşkəsən Dəmir Filiz” MMC-nin (DDF) nizamnamə kapitalı artırılmaqla 214 355 225 manata çatıb.
Banker.az xəbər verir ki, dəmir filizi yataqlarının hazırlanmasını həyata keçirən DDF-in kapitalı 51 250 manat artırılıb.
Qeyd edək ki, mədən şirkətinin nizamnamə kapitalı bundan öncə 214 303 975 manat olub.
“Daşkəsən Dəmir Filiz” MMC – Azərbaycan Prezidentinin 1 sentyabr 2020-ci il tarixli Sərəncamı ilə “AzerGold” QSC-yə ölkə ərazisində qara metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənilməsi və idarə olunması, habelə bu sahənin inkişafına dair digər işlərlə bağlı səlahiyyətlər həvalə edilib. Sərəncamdan irəli gələn tapşırıqların icrası, dəmir filizi yataqları üzrə fəaliyyətin təşkili ilə əlaqədar bütün səhmləri Cəmiyyətə məxsus olan ilk törəmə şirkət – DDF MMC 2020-ci ildən dövlət qeydiyyatına alınaraq fəaliyyətə başlayıb.