“AzerGold” QSC-nin “DM Servis” MMC (mülki partlayıcı maddələr və innovativ partlayış sistemlərinin istehsalı sahəsində dünya liderlərindən olan “Orica-Nitro” şirkətinin Azərbaycan üzrə rəsmi tərəfdaşı) ilə birlikdə yaratdığı “Azerblast” MMC-nin nizamnamə kapitalı 1 milyon manat və yaxud 25 % artırılıb.
Şirkətin kapitalı 4 000 336 manatdan 5 000 336 manata çatdırılıb.
Xatırladaq ki, “Azerblast” Daşkəsən rayonunun Çovdar kəndində, eyni adlı filiz emalı sahəsində qeydiyyatdan keçib. Onun direktoru isə Rizvan Baxşıyevdir.