13 C
Baku
Monday, May 20, 2024

“AzerGold”un xərcləri böyüyür, xalis mənfəəti azalır – Audit hesabatı

Dövlətin mədən sənayesindəki “AzerGold” QSC-sinin 2021-ci il üzrə xalis mənfəəti öncəki ildə xeyli az olub.

Banker.az xəbər verir ki, bu barədə beynəlxalq audit şirkəti “PwC” tərəfindən verilən audit rəyində deyilir.

2021-ci ildə onun xalis mənfəəti cəmi 29.4 milyon ABŞ dolları olub və bu 2020-ci ildən 18.81 milyon dollar, yaxud 39 faiz azdır.

(1 dollar= 1.7000 manat)

“AzerGold” hesabat ilində illik müqayisədə müştərilərlə müqavilələr üzrə gəlirini 1.87 dollar (1.7 faiz) artırmaqla 112.07 milyon dollar çatdırdığı halda, satışın maya dəyəri 15 milyon dollar (41 faiz) artmaqla  51.7 milyon dollar yüksəlib. Nəticədə, onun 2020-ci ildəki 73.51 milyon ümumi mənfəəti dollardan 60.37 milyon dollara düşüb.

Satışın maya dəyərinin artması ilə bərabər ümumi və inzibati xərcləri artaraq 13.36 milyon dollara (2020: 9.9 mln. dollar) yüksəlmiş və s. digər xərcləri çıxmış, nəticədə əməliyyat mənfəəti 39.86 milyon dollar təşkil edib. Bir xatırlatma: 2020-ci ildə onun əməliyyatında 59.82 milyon dollar mənfəət yaranmışdı.

Beləliklə, 2021-ci ildə 9.46 milyon dollar gəlir vergisi ödəməli olub və xalis mənfəəti 29.4 milyon dollara düşüb.

Bu xalis mənfəətdən sonra onun bölüşdürülməmiş mənfəəti 89.26 milyon dollar olub.

424234

Bildirək ki, 2022-ci ildə də dövlət şirkəti oxracda öncəki ildən yaxşı nəticələr göstərə bilmir. Məsələn, 2022-ci ilin yanvar-avqust aylarında “AzerGold” QSC 63.5 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib. ki, bu da 10% öncəki ildən zəif nəticədir.

Xatırladaq ki, “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 fevral 2015-ci il tarixli 1047 nömrəli Sərəncamına əsasən təsis edilib.

“AzerGold” QSC ölkə ərazisində əlvan və qara metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, bu metalların hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər