16 C
Baku
Wednesday, May 15, 2024

“AzerGold”un xalis mənfəəti azalıb – Sədrdən açıqlama

Ölkənin qiymətli metallar üzrə hasilaçısı olan “AzerGold” QSC-nin 2021-ci ildəki xalis mənfəəti təqribən 80 mln. manat təşkil edib.

Banker.az xəbər verir ki, bu barədə dövlət şirkətinin İdarə Heyətinin sədri Zakir İbrahimov operativ məlumata əsaslanaraq bildirib.

2020-ci ildə cəmiyyətin xalis mənfəəti 81.9 mln. manat (48.2 mln. ABŞ dolları) təşkil etmişdi. Həmin ildə 110.2 mln. dollar satışdan gəlir etmiş, maya dəyəri çıxıldıqdan sonra 73.5 mln. dollar ümumi mənfəət əldə etmişdi.

1 yanvar 2021-ci il tarixinə dövlət şirkətinin 68.6 mln dollar (116.6 manat) bölüşdürülməmiş mənfəəti olub.

QSC Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 fevral 2015-ci il tarixli 1047 nömrəli Sərəncamına əsasən təsis edilib.

“AzerGold” QSC ölkə ərazisində əlvan və qara metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, bu metalların hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər