“Azexport.az” portalı “Made in Azerbaijan” məhsullarının beynəlxalq elektron ticarət platformalarında təmsil olunma səviyyəsini 3 min dəfə artırıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən verilən məlumata görə, portala 2017-ci ildən etibarən daxil olan ixrac sifarişlərinin məbləği 1,5 mlrd. ABŞ dolları təşkil edib. “Azexport”un fəaliyyətə başlamasına qədər ixrac potensiallı sahibkarların elektron kommersiya imkanlarından istifadəsi 3% olubsa, 2019-cu ildə bu rəqəm 28%-ə çatıb.
Bu günədək “Azexport” portalına dünyanın 150 ölkəsindən 35 mindən artıq sifariş daxil olub. Portalın təqdim etdiyi Sərbəst Satış Sertifikatı vasitəsi ilə ixracatçılar 54 yeni ölkə bazarına çıxış əldə ediblər.
©APA-Economics