21 C
Baku
Saturday, May 4, 2024

“Azinvestkredit” BOKT-un ötən ilki maliyyə durumu bəlli oldu

“Azinvestkredit” MMC BOKT 2022-ci ilin illik maliyyə hesabatını açıqlayıb.

Banker.az BOKT-un hesabatına istinadən bildirir ki, “Azinvestkredit” BOKT-un cəmi faiz gəlirləri 68 min 411 manat, haqq və komissiya gəlirləri 9 min 351 manat, digər əməliyyat gəlirləri 2 min 200 manat, inzibati xərcləri 117 min 131 manat, amortizasiya xərcləri 443 manat təşkil edib.

31 dekabr 2021-ci il tarixinə “Azinvestkredit” MMC BOKT-un cəmi aktivləri  440 min 238 manat ikən, ötən ilin eyni dövrünə 258 min 212 manat olub. Müştərilərə verilmiş kreditlər və avanslar 231 min 210 manat təşkil edib. 2021-ci ildə isə bu göstərici 376 min 220 manat olub.

Qeyd edək ki, “Azinvestkredit” 2013-cü ildə yaradılıb. BOKT-un nizamnamə kapitalı 500 min manatdır.  “Azinvestkredit” BOKT Tamara İsmayılova və Əkbər İsmayılov adlı şəxslərə məxsusdur. Onların hər birinin BOKT-dakı payı 50%-dir.

2 3 1 1

1 5

2 6

Son xəbərlər
 ⁠
Digər xəbərlər