“AzİnvestKredit Bank Olmayan Kredit Təşkilatı” MMC 2025-ci ili 61,73 min manat xalis mənfəətlə başa vurub.
Banker.az bunu BOKT-nin illik audit hesabatına istinadən xəbər verir.
2024-cü ildə şirkət 7,07 min manat zərər qeydə almışdı.
Zərərdən mənfəətə keçməsinin əsas amili faiz gəlirlərinin 52,1% artaraq 112,27 min manata çatması, digər gəlirlərin isə 10,91 min manatdan 69,04 min manata və ya 532,8% qalxmasıdır.
Cəmi gəlirlər 96,72 min manatdan 193,25 min manata 99,6% artarkən, ümumi xərclər daha mülayim templə,11,9% artaraq 116,09 min manata çatıb.
Cəmi aktivlər illik 117,9% artımla 1 milyon 82,34 min manat. Hesabat müddətində kredit portfeli 302,73 min manatdan 856,83 min manata — 182,9% böyüyərək ümumi aktivlərin 79,2%-ni təşkil edib.
Cəmi kapital 494,24 min manatdan 1.065,97 min manata qalxıb. Bunun da artımna nizamnamə kapitalı 507,00 min manatdan 1 milyon 17 min manata artırılmasıdır.
Xatırladaq ki, “Azinvestkredit” 2013-cü ildə yaradılıb. BOKT-un təsisçiləri hər biri 50% payla Əkbər İsmayılov və Tamara İsmayılovadır.







