13 C
Baku
Friday, April 26, 2024

“AzNar” QSC-nin səhmdarları toplaşır

Teymur Əhmədov adına “AzNar” QSC-nin səhmdarlarının 7 aprel 2018-ci il saat 15.00-da Göyçay şəhəri, Natəvan küçəsi 120 nömrəli ünvanda növbəti ümumi yığıncağı keçiriləcəkdir.

Banker.az xəbər verir ki, bu barədə Direktorlar şuarsının açıqladığı məlumatda deyilir.

Növbəti ümumi yığıncağın gündəliyinə Teymur Əhmədov adına “AzNar” QSC-in 2017-ci il üçün illik (maliyyə) hesabatları , nizamnaməsinin yeni (altıncı) redaksiyada təsdiq edilməsi, direktorlar şurası və icra orqanı barədə məsəllər daxil edilib.

Bunda əlavə, ləğv prosesində olan “Az-Nar” QSC-nin aralıq balansı, “Az-Nar” QSC-nin əmlakı, “Az-Nar” QSC-nin ləğv edilməsi ilə bağlı qanunamüvafiq tədbirlərin həyata keçirilməsi ilə bağlı məsəllərdə müzakirə ediləcək.

Cəmiyyətin bütün səhmdarlarına izah olunur ki, səhmdarlar növbədənkənar ümumi yığıncağın çağırılmasına 15 (on beş) gün qalmış gündəliyə daxil edilmiş bütün məsələlər üzrə müvafiq materiallarla Teymur Əhmədov adına “AZNAR” QSC-nin inzibati binasında tanış ola bilərlər.

Cəmiyyətin bütün səhmdarlarına izah olunur ki, səhmdarlar ümumi yığıncağın çağırılmasına 30 (otuz) gün qalmış gündəliyin layihəsinə dair təkliflər vermək və ümumi yığıncağa 15 (on beş) gün qalmış gündəliyə daxil edilmiş bütün məsələlər üzrə müvafiq sənədlərlə tanış ola bilərlər.

Ümumi yığıncağa gələn səhmdarlar şəxsiyyəti təsdiq edən sənəd, səhmdarların nümayəndələri isə şəxsiyyəti təsdiq edən sənəd və nümayəndənin səlahiyyətini təsdiq edən etibarnamə təqdim etməlidirlər.

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər