1 C
Baku
Saturday, December 14, 2024

“AzParking”də avtomobilə dəyən ziyana görə kim məsuliyyət daşıyır?

“AzParking”dəki maşınlara dəyən ziyanın kim tərəfindən ödənilməsi müzakirələrə səbəb olub.

Bu barədə sosial şəbəkədə şikayət paylaşılıb.

Şikayətdə qeyd olunur ki, vətəndaşın avtomobilini “AzParking”də saxladığı zaman cızıblar. “AzParking” nəzarətçilərinə bu haqda deyəndə isə ona bildirilib ki, “biz maşınları mühafizə etmirik”.

“O zaman biz pulu “AzParking”ə niyə ödəyirik?”, – deyə vətəndaş sual edib.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanlanıb.

Agentliyin mətbuat katibi Tural Orucov bildirdi ki, parklanma məntəqəsində avtomobillə bağlı hər hansı bir neqativ hala görə AYNA məsuliyyət daşımır.

“Bakı şəhərinin inzibati ərazisində dövlət avtomobil yollarında təşkil edilmiş parklanma yerlərinin yeni qaydalar əsasında idarə edilməsi, bu sahədə nizam-intizamın yaradılmasına, qanunsuz pul yığımının qarşısını almaqla maliyyə şəffaflığının təmin olunmasına xidmət edir.

Parklanma məntəqəsində avtomobili park edən sürücülər mühafizəyə görə deyil, parklanma yerinin istifadəsinə görə ödənişləri edirlər. Parklanma məntəqəsində avtomobillə bağlı hər hansı bir neqativ hala görə isə AYNA məsuliyyət daşımır. Parklanmaya nəzarət edən xüsusi ayrılmış əməkdaşların hər məntəqədə olması mütləq və məcburi deyil. Hər bir parklanma məntəqəsində parklanmanın və ödənişlərin həyata keçirməsi qaydalarını əks etdirən lövhələr quraşdırılıb. Sürücülər məlumat lövhələrindəki informasiyaya uyğun olaraq parklanma prosesini reallaşdıra bilərlər”, – deyə T.Orucov vurğulayıb.

MənbəOXU.AZ
Son xəbərlər
Digər xəbərlər