“Azsığorta” ASC icbari qaydada avtomobilləri (AVSMMİS) sığortalaya bilmir.
Banker.az-ın əldə etdiyi məlumata görə, sığorta şirkəti “daxili sistemlərində” problem yaradıqları üçün hazırda müştərilərə “qapını bağlayıb”.
Bununla bir neçə əməkdaşla əlaqə saxlasaq da, bunun hansı müddətə qədər davam edəcəyini “qeyri-müəyyən” hesab ediblər.
Hətta tövsiyə də edirlər ki, bunun üçün digər sığortaçıya müraciət etsələr, məqbuldur.
Azərbaycanda sığorta şirkətlərindən bir neçəsi var ki, onlar kiçik mühərrikli avtomobillərə “yaxın durmur”. Əsasən bu portfeli zərərli hesab etdikləri üçün icbari qaydada sığortalamaq istəmirdilər. Bu bazarda requlyator olan Azərbaycan Mərkəzi Bankı həmin şirkətlərə xəbərdarlıq etmişdi və belə olan halda onlara cəza ilə üzülüşəcəyi çatdırılmışdı.
Bu qaydadan sonra artıq telefonla deyil, müqavilə üçün yalnız onlayn qaydada müraciəti aktivləşdirdilər. “Azsığorta”da isə onlayn qaydada mümkün deyil.
İndi Mərkəzi Bank bu bazarın qaydasını dəyişir. Yeni qaydaya görə, bu il noyabr ayının 1-dən etibarən icbari qaydada sığortalanan nəqliyyat vasitəsinə dəyən ziyanı artıq qarşı tərəf deyil, sığortalandığı şirkət qarşılayacaq. Daha sonra sığorta ödənişini həyata keçirən şirkət zərər vuran avtomobil sahibinin sığortaçısından ödənişi tələb edəcək. Başqa sözlə, avtomobilə dəyən ziyan avtomobil sahibinin öz sığorta şirkəti tərəfindən qarşılanacaq. Sonrakı proses sığorta şirkətləri arasında tənzimlənəcək.
Bu qayda bazarda süründürməçilik aparan, müştərisi ilə ən azı üç-dörd dəfə məhkəmədə görüşən, müştəri məmnuniyyətini vecinə almayanlar üçün çətin olacaq. Bununla bağlı ətraflı.