17 C
Baku
Friday, May 3, 2024

“Azsığorta” sədri: İcbari avtosığortadan imtina etməsəydik, zərərimiz daha böyük ola bilərdi

“Azsığorta” ASC-nin Direktorlar Şurasının sədri Viladi Manıyev müsahibəsində bildirib ki, 2022-ci ildə şirkətin zərər etməsinə səbəb icbari avto-sığorta olub və buna görə də bu məhsuldan imtina ediblər.

Banker.az xəbər verir ki, APA agentliyinə müsahibəsində şirkətin “2021-ci ili sığorta şirkəti mənfəətlə başa vurmuşdu. Ötən il isə sığorta şirkəti mənfəətdən zərərə keçib” qeyd edərək bunun nə ilə bağlı olması sualına belə cavab verir:

“Bəli, 2022-ci ili zərərlə başa vurduq. Bunun səbəbi bazarda təklif etdiyimiz məhsullardan biri – avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə zərərliyin kəskin artması oldu. Məhz bu səbəbdən biz bu növdən imtina etməli olduq. Bu, heç də asan qərar deyildi. Bu növ üzrə on minlərlə müştərimiz var idi. Belə müştəri bazasından istifadə edə bilsəydik, nəzəri olaraq digər məhsullarımızın çarpaz satış imkanı yaranardı. Lakin təcrübəmiz göstərir ki, bu yalnız potensial imkandır, onu reallaşdırmaq çətindir.

AVSMMİS üstünlüyü ondadır ki, tətbiq edilən mexanizm, effektiv vasitə ilə cərimələnmə mexanizmi onun əhatə dairəsinin 100%-ə yaxın olmasına şərait yaradıb. Problem isə ondadır ki, bu müştərilərin adətən birbaşa sığorta şirkəti ilə əlaqəsi olmur. Onlar ancaq sığorta agentini tanıyır. Sığorta agenti digər sığorta şirkəti ilə əməkdaşlığa başlasa sığortalı bunu hiss etməyəcək. Çünki hansısa problemi olanda məhz agentə müraciət edir. Bizim rəqib şirkətlərdən biri öz portfelini analiz etmişdi, məlum olmuşdu ki, 5 il ərzində ölkə üzrə müştərilərin əksəriyyətini əhatə ediblər. Bu o deməkdir ki, sığorta agenti vasitəsilə müştərilər sığorta şirkətləri arasında dövr edirlər. Könüllü sığorta məhsullarının satışı daha çətin olduğu üçün, təəssüf ki, agentlərin çox az hissəsi buna qadirdir. Bu, çarpaz satışların inkişafına mane olur.

AVSMMİS məhsulunun zərərliyini şərtləndirən əsas səbəb onun qeyri-bazar səciyyəli olmasıdır, yəni məhsulun qiyməti tələb və təklif balansı ilə müəyyən edilmir. Tariflər dövlət tərəfindən təyin edilir və sığortaçıların heç bir anderraytinq imkanı yoxdur. Bu səbəbdən bəziləri zərərli biznesdən qaçmaq üçün müştərilər qarşısında süni maneələrə əl atırdılar. Bizim üçün bu yol məqbul deyildi. Onu da qeyd etməliyəm ki, fikrimcə, hazırki mərhələdə sektorumuz bu növ üzrə tam bazar şərtləri ilə işləməyə hazır deyil”.

Son xəbərlər
 ⁠
Digər xəbərlər