19 C
Baku
Thursday, April 25, 2024

“AzSığorta”dan “Standard İnsurance”a daha iki transfer olub

“AzSığorta” şirkətindən “Standard İnsurance” sığorta şirkətinə daha iki transfer olub. Şirkətin fiziki şəxslərlə iş departamentinin direktoru Fəqan İsmayılov noyabr ayının 1-dən etibarən öz təşəbbüsü əsasında “AzSığorta”ASC – dən ayrılıb,“Standard İnsurance” sığorta şirkətinin Fərdi Satış Departamentinin direktoru təyinat olunub. Bu bardə məlumat şirkət tərəfindən təstiq edilib.

Standard İnsurance Sığorta şirkətinin verdiyi məlumata görə, növbəti transfer filial direktoru ilə bağlıdır. Belə ki,  şirkətin Sumqayıt Sənaye filialının direktoru  Elbəy Əliyev noyabr ayının 13-dən etibarən “AzSığorta”ASC – dən ayrılıb və 15 noyabr 2017-ci il tarixindən “Standard İnsurance” sığorta şirkətinin Əmlak şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, Fəqan İsmayılov 2012 -ci ildə “AzSığorta” şirkətində, daha sonralar bazar iştirakçısı olan digər sığorta şirkətlərində, 2015 – ci ildən isə yenidən “AzSığorta” şirkətində fəaliyyəti göstərib. Elbəy Əliyev isə  2008 –ci ildən “AzSığorta” ASC -də fəaliyyət göstərib.

MənbəFins.az
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər