22 C
Baku
Friday, April 26, 2024

“Azsığorta”nın rəhbərliyinə yeni gənc maliyyəçi gətirilib

“Azsığorta” ASC-nin Direktorlar Şurasına yeni təyinat olub.

Banker.az xəbər verir ki, Abid Mamedov Mamed oğlu “Azsığorta”nın Direktorlar Şurasının üzvü seçilib.

Qeyd edək ki, “Azsığorta”nın Direktorlar Şurasına  Viladi Maniyev Məzahir oğlu sədrilik edir.

Abid Mamedov  geridə qoyduğumuz noyabr ayında “Azfinance İnvestisiya Şirkəti” QSC-nin direktoru vəzifəsindən azad edilərək maliyyə qurumunun Müşahidə Şurasının (MŞ) sədri təyin edilib, həmçinin bu vəzifəsində çalışır.

 A.Mamedov indiki iş yerindən əvvəl 8 il maliyyə sektorunda çalışıb, bunun 5 ilini dünya maliyyə sektorunun liderlərindən biri olan “Bloomberg” şirkətinin MDB ölkələri üzrə müştəri xidmətləri direktoru olub.

O, orta təhsilini Avropada alıb, 2003-cü ildə Böyük Britaniyanın London Universitetinin İqtisadiyyat fakultəsində bakalavr dərəcəsi, 2004-cü ildə isə Briston Universitetinin İqtisadiyyat fakultəsinndə magistr dərəcəsi əldə edib.

A.Mamedov evlidir, iki övladı var.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər