19 C
Baku
Friday, May 3, 2024

“Azsığorta”nın yığımları 3 milyon manata yaxın azalıb

“Azsığorta” ASC-nin 2023-cü ilin yanvar-oktyabr ayı üzrə yığım və ödəniş üzrə hesabatı açıqlanıb.

Banker.az-ın məlumatına görə, bu il şirkətin yığımlarında azalma müşahidə olunub.

Şirkət yanvar-oktyabr ayında 7.188 mln. manat həcmində sığorta haqqı toplayıb. Bu da 2022-ci ilin eyni ayı ilə müqayisədə 2.630 mln. manat və ya 27% azalma deməkdir. Ötən ilin eyni dövrünə bu göstərici 9.818 mln. manat təşkil etmişdir.

Xatırladaq ki, “Azərsığorta” (Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti) şirkəti bütün sığorta növləri üzrə satışlarını dayandırıb.

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər