Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Aztelekom” MMC hazırda transformasiya dövrü keçir.
Bunu Bakıda keçirilən “GSMA Mobile 360 Eurasia 2023” konfransında şirkətin Baş direktoru vəzifəsini icra edən Elçin Niyazov bildirib.
Onun sözlərinə görə, “Onlayn Azərbaycan” layihəsi çərçivəsində 2024-cü ilin sonuna qədər Azərbaycanın bütün ərazisi genişzolaqlı internetlə təmin olunacaq.
“Hazırda Azərbaycanda 1.02 milyon ev təsərrüfatı yüksəksürətli internetlə təmin edilib. Bu da ümumi ev təsərrüfatlarının 39 %-ni təşkil edir. Yüksəksürətli internet istifadəçilərinin sayı ilə yanaşı, ölkədə internetin median sürəti də artmaqdadır. Son vaxtlar bu göstərici 40 % artaraq 27.8 MB/s-yə yüksəlib”, – deyə Baş direktor əvəzi qeyd edib.