AzTU-ya yeni prorektor təyin olunub

Azərbaycan Texniki Universitetində (AzTU) Maliyyə-təsərrüfat işləri üzrə prorektor vəzifəsinə təyinat olub.

Təhsil naziri Emin Əmrullayevin əmrinə əsasən, vəzifə Rəşad Kazımova həvalə olunub.

Qeyd edək ki, Rəşad Kazımov 1993-1997-ci illərdə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu (indiki Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası) beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr, 1997-1999-cu illərdə isə dünya siyasi prosesləri və beynəlxalq əlaqələr nəzəriyyəsi ixtisasi üzrə magistr pilləsini bitirib. 2003-2006-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin aspiranturasında təhsil alıb. İqtisad üzrə fəlsəfə doktorudur. Rəşad Kazımov hazırkı təyinatına kimi AzTU-nun “İqtisadiyyat və təminat” şöbəsinin müdiri vəzifəsində işləyib


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.