16 C
Baku
Friday, April 19, 2024

AZTV və İTV-ə büdcədən ayrılan vəsait açıqlandı

2021-ci ildə Azərbaycanın dövlət büdcəsindən televiziya, radio və nəşriyyata 66,623 milyon manat xərclənib.

Bu barədə Prezident İlham Əliyevin təsdiqlədiyi “2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanuna istinadən xəbər verir.

Sənədə əsasən, bu, 2020-ci illə müqayisədə 29,3% çoxdur.

Televiziya, radio və nəşriyyat xərclərinin 34,143 milyon manatı və ya 51,2%-i “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-yə (AZTV), 17,021 milyon manatı “İctimai Televiziya və Radio Yayımları Şirkəti”nə (İTV), 1,929 milyon manatı “Azərbaycan” nəşriyyatına, 4,137 milyon manatı Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna, 620 min manatı “Mir” Dövlətlərarası Teleradio Şirkətinin Azərbaycan Milli Nümayəndəliyinə, 237 min manatı Mədəniyyət Nazirliyinə, 8,513 milyon manatı publik hüquqi şəxslərə, 24 min manatı isə radio və televiziya redaksiyalarının saxlanılmasına yönəldilib.

Son xəbərlər
Digər xəbərlər