2 C
Baku
Saturday, December 14, 2024

Azvirt bankdan ABŞ dollarında krediti illik 10%-lə götürüb

“Azvirt” MMC “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən 2 milyon ABŞ dolları məbləğində kredit götürübmüş.

Bu barədə Banker.az-ın əldə etdityi məlumatda bildirilir.

Bildirilir ki, borc müqaviləsi illik 10% faiz dərəcəsi ilə bir il müddətində imzalayıblar.

Müqavilə 3 aprel 2023-cü il tarixdə imzalanıb.

1 yanvar 2023-cü il tarixinə olan audit hesabatında bildirilir ki, Azvirt-in ümumilikdə 39.04 milyon manat uzunmüddətli borc öhdəliyi var.

Xatırladaq ki, “Azvirt” 1995-ci ildə “Azərbaycan Hava Yolları” (AZAL) Dövlət Konserni, Bakı Şəhər İcra Hakimiyyəti və Almaniyanın “Virtgen İnternational Gmbh” şirkətinin iştirakı ilə müvafiq olaraq mülkiyyətin 11%, 40% və 49% bölüşdürülməsi əsasında Azərbaycan-Almaniya Birgə Müəssisəsi kimi təsis edilib. 2004-cü ildə şirkət MMC kimi yenidən qeydiyyatdan keçib və özəlləşdirilib. Onun nizamnamə kapitalı 129 min manatdır. Şirkətin təsisçiləri müvafiq olaraq 30% və 20% payla Almaniyanın “Martin Beteiligungs GmbH & Co KG” və “Walz GmbH & Co KG” şirkətləri, 25% payla Azərbaycan vətəndaşı Elnur Əliyev və 25% payla Lüksemburqun “Falcom Holding”idir.

Son xəbərlər
Digər xəbərlər