7 C
Baku
Monday, December 2, 2024

BƏƏ “görünməmiş” neft qiymətləri barədə xəbərdarlıq edib – Bloomberg

Neftin qiyməti Rusiyanın enerji resurslarının dünya bazarından çıxması halında “görünməmiş” səviyyəyə çata bilər, Banker.az bu barədə “Bloomberg”ə istinadən xəbər verir.

BƏƏ-nin energetika və infrastruktur naziri Süheyl əl-Məzruinin sözlərinə görə, dünyada sərmayələri artırmadan OPEC+ kifayət qədər neft tədarükünü təmin edə bilməyəcək.

İndi, nazirin fikrincə, bazar hələ tam olaraq Çinə dönməyib, çünki neft qiymətləri pik nöqtəyə çatmayıb.

İyunun 2-də OPECĞ ölkələri neft hasilatı kvotalarını daha da artıraraq 648 min barelə çatdırmaq qərarını veriblər. Beləliklə, iyul və avqust aylarında gündə 432 min barel əvəzinə 648 min barel neft hasil olunacaq.

Neftin qiyməti Avropa İttifaqının yeni məhdudiyyətləri fonunda yüksəlib: iyunun 3-də Brüssel Rusiyaya qarşı neft tədarükünə qismən embarqo tətbiq edib. Qadağaya xammalın dəniz yolu ilə tədarükü də daxildir.

Son xəbərlər
Digər xəbərlər