1 C
Baku
Saturday, December 14, 2024

BƏƏ ilk dəfə korporativ mənfəət vergisi tətbiq edəcək

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) hökuməti ilk dəfə bizneslər üçün federal gəlir vergisi tətbiq edəcəyini açıqlayıb.

Banker.az xəbər verir ki, yeni qərar 1 iyun 2023-cü il tarixində qüvvəyə minəcək. Yenilik azad iqtisadi zonalarda qeydiyyatdan keçmiş şirkətlərə, eləcə də ölkədə bizneslə məşğul olmayan xarici investorlara təsir etməyəcək.

Standart vergi dərəcəsi 9% olacaq. Mənfəəti 375 min dirhəmə (təxminən 102 min dollar) çatan şirkətlər üçün vergi dərəcəsi sıfır olaraq qalacaq. Bildirilir ki, bu, kiçik biznes və startapları dəstəkləmək üçün lazımdır.

Ölkənin Maliyyə Nazirliyi izah edib ki, beynəlxalq qərargahlar da kapital artımı və dividentlər vergisindən azad ediləcək. Təbii ehtiyatlar hasilatı ilə məşğul olan şirkətlər artıq əmirlik səviyyəsində vergiyə cəlb edildiyi üçün korporativ vergi ödəməyəcək.

Nazirlik vurğulayıb ki, bu addım iri transmilli korporasiyalar üçün qlobal minimum vergi dərəcəsinə zəmin yaradacaq.

9%-lik vergiyə keçid ölkənin onilliklər ərzində iqtisadiyyatın əsas dayağı olan neftdən asılılığını azaltmaq üçün büdcə gəlirlərini diversifikasiya etmək səylərini əks etdirir.

Son xəbərlər
Digər xəbərlər