16 C
Baku
Thursday, April 25, 2024

BƏƏ sahillərində dörd neft tankeri idarəetməni itirib

Oman körfəzində təxminən eyni vaxtda dörd neft tankeri idarəetməsini itirib.

Banker.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Associated Press” məlumat verib.

Bildiriş “Golden Brilliant”, “Queen Ematha”, “Jag Pooja” və “Abyss” gəmilərindən gəlib. Hal-hazırda tankerlər BƏƏ-nin sahillərində yerləşir, dəqiq nə baş verdiyi hələ məlum deyil.

“Sky News” telekanalının bildirildiyi kimi, bir qrup silahlı Oman körfəzində Panama bayrağı altında üzən “Asfalt Princess” tankerini ələ keçirib.

Xatırladaq ki, ötən cümə axması Liberiya bayrağı altında üzən “Mercer Street” tankerinə Ərəb dənizində hücum edilib. Gəminin operatoru “Zodiac Maritime” şirkəti israilli iş adamına məxsus olub. Hadisə nəticəsində Rumıniya və Böyük Britaniya vətəndaşı həlak olub. ABŞ gəmiyə pilotsuz təyyarənin hücumunda İranı günahlandırıb.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər