9 C
Baku
Friday, December 13, 2024

Bələdiyyə sədrinin qanunsuz əməllərinə dair cinayət işi məhkəməyə göndərilib

Yevlax rayon Aran Bələdiyyəsinin sabiq sədri Qəşəm Əkbərovun qanunsuz hərəkətləri ilə bağlı rayon prokurorluğunda başlanmış cinayət işi üzrə istintaq tamamlanıb.

İstintaqın gedişində Qəşəm Əkbərovun vəzifədə olduğu 2013-2020-ci illər ərzində vəzifə səlahiyyətlərindən sui istifadə edərək 135 min 246 manat məbləğində bələdiyyə əmlakını mənimsəməsi, habelə bələdiyyənin hüquq və qanuni mənafelərini əhəmiyyətli dərəcədə pozmasına əsaslı şübhələr müəyyən edilmişdir.

Toplanmış sübutlar əsasında Qəşəm Əkbərova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə ittiham elan edilmişdir.

Cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.

Son xəbərlər
Digər xəbərlər