12 C
Baku
Wednesday, December 11, 2024

Bərdədə nöqsanlar aşkarlanan pendir sexinin fəaliyyəti məhdudlaşdırıldı

Nəzarət tədbirləri çərçivəsində Agentliyin müfəttişləri tərəfindən Bərdə rayonu, Dəymədağıldı kəndində fəaliyyət göstərən fiziki şəxs İsmayılov Mətləb Əli oğluna məxsus pendir sexində yoxlama keçirilib.

Banker.az bu barədə AQTA-ya istinadən xəbər verir.

Baxış zamanı sexdə gigiyena qaydalarına və qida təhlükəsizliyi tələblərinə əməl edilmədiyi, həmçinin müəssisədə sanitar-texniki və sanitariya-gigiyenik vəziyyətin qüvvədə olan normativlərə cavab vermədiyi aşkarlanıb.

Belə ki, müəssisədə mexaniki havalandırma sisteminin quraşdırılmadığı, işçi heyətin müvafiq sahə ilə təchiz edilmədiyi, döşəmə və divar səthlərinin asan təmizlənə bilən və dezinfeksiyaedici vasitələrin təsirinə davamlı materialla üzlənmədiyi, pəncərələrin toz və həşəratlara qarşı qoruyucu torla təmin olunmadığı və digər nöqsanlar məlum olub.

Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq sahibkar barəsində inzibati protokol tərtib edilib, pendir sexinin fəaliyyəti məhdudlaşdırılıb və icrası məcburi göstərişlər verilib. Araşdırmalar davam etdirilir.

Son xəbərlər
Digər xəbərlər